AZ

Polşa XİN rəhbəri: Yalvarıram, Rusiyaya və Belarusa getməyin

Polşanın xarici işlər naziri Radoslav Sikorski siyasi oyunların girovuna çevrilmələri üçün vətəndaşlarını bir daha Belarus və Rusiyaya getməməyə çağırıb.

APA xəbər verir ki, bu barədə “RMF24” məlumat yayıb.

Sikorski, sentyabrın əvvəlində Belarusda nümayişkaranə şəkildə saxlanılan və casusluqda ittiham olunan polyaklı rahib Qjeqoj Havelin vəziyyəti ilə bağlı suala cavab verərkən bildirib ki, Belarus hakimiyyətinin hərəkətləri qəbuledilməzdir, lakin vurğulayıb ki, Havel bu ölkəyə Xarici İşlər Nazirliyinin xəbərdarlıqlarına baxmayaraq səfər edib.

"Belarus və Rusiya kimi ölkələr var ki, sadəcə insanları girov götürürlər – biz isə həmişə dəyişmək üçün 'öz girovumuzu' tapmırıq... Bir daha xahiş edirəm, yalvarıram: ora getməyin. Kim gedirsə, bunu öz riski ilə edir. Sonra Polşa dövlətini günahlandırmayın", – Radoslav Sikorski vurğulayıb.

Nazir əlavə edib ki, Polşa saxlanılan vətəndaşın azad olunması yollarını axtarır.

"Əgər bu bizim əlimizdə olsaydı, Belarusda həbs olunan polyaklar çoxdan azadlıqda olardılar", – o. qeyd edib.

Seçilən
3
9
apa.az

10Mənbələr