Rusiyanın Kalininqrad vilayətinin Xrabrovo hava limanında Mi-8 helikopteri qəza enişi edib.
Missiya.Az "APA"ya istinarən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, qəza enişi edən helikopterin göyərtəsində 23 nəfər olub.
İlkin məlumatlara görə, yaralanan olmayıb.