ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub...
"Report" xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
Portalın məlumatına görə, D.Tramp onu Qətərə hücum əmrləri verməməyə çağırıb.
"Bu qəbuledilməzdir, tələb edirəm ki, siz bunu bir daha təkrarlamayasınız", - adı açıqlanmayan mənbə Trampın sözlərini sitat gətirib.
Poliqon.info