AZ

AFFA Hakimlər Komitəsinin sədrinə Rusiyada vəzifə verildi

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Rusiya Futbol İttifaqı (RFİ) prezidenti yanında ekspert-hakimlik komissiyasının tərkibinə daxil olub.

KONKRET.az xəbər verir ki, bu barədə RFİ-nin Mətbuat Xidməti məlumat yayıb.

Komissiyaya belçikalı sabiq FIFA referisi ilə yanaşı, Belarusdan olan keçmiş beynəlxalq dərəcəli hakim Aleksey Kulbakov da salınıb.

De Blekere FIFA referisi statusunu 1998-ci ildə alıb. O, DÇ-2006 və DÇ-2010-da, habelə AVRO-2004 və AVRO-2008-də hakimlik edib. Belçikalı mütəxəssis 2020-ci ilin iyunundan 2022-ci ilin martınadək də ekspert-hakimlik komissiyasının tərkibində olub.

Qeyd edək ki, Pavel Kamantsevin sədrlik etdiyi komissiyada Ravşan İrmatov, Milorad Majiç, Nestor Pitana, Cüneyt Çakır, Vladimir Kadıkov, Talqat Kosmuxambetov kimi sabiq əcnəbi referilər də yer alıblar.

Seçilən
22
4
konkret.az

5Mənbələr