Salyanda kanalda kişi meyiti tapılıb. Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə, meyit rayonun Yenikənd kəndi ərazisində kanalda aşkar edilib. Məlum olub ki, meyit kənd sakini 2006-cı il təvəllüdlü Əhməd Ramil oğlu Dadaşzadəyə məxsusdur. Sözügedən şəxs sentyabrın 6-da evdən çıxıb və bir daha geri qayıtmayıb. 19 yaşlı oğlanın meyiti müayinə olunmaq üçün Salyan Rayon Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Mərkəzinə aparılıb. Fakt araşdırılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta