AZ

Vaqif Həsənov abituriyentlərlə görüşdü Fotolar

ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov rayonun qabaqcıl təhsil işçiləri, 2024-2025-ci tədris ilində uğur qazanmış əlaçı şagirdlər və 500-dən yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərlə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, Ağdam Muğam Mərkəzində təşkil olunmuş tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Qarabağ Regional Təhsil İdarəsi Ağdam Rayon Təhsil Sektorunun müdiri Tahir Abbasov, qabaqcıl təhsil işçiləri, əlaçı şagirdlər, yüksək balla ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlər, onların valideynləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edib.

Ağdam Muğam Mərkəzində davam edən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər ölkə prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikamızda həyata keçirilən təhsil siyasətindən, bu sahədə görülən işlərdən danışıb, Ağdam məktəblilərinin qazandığı uğurlardan bəhs edib.

Qeyd edilib ki, 2024-2025-ci tədris ilində rayon üzrə 11-ci sinifi bitirmiş 1697 nəfər məzundan 1631 nəfəri ali məktəblərə sənəd verib ki, onlardan 620 nəfəri müxtəlif ali təhsil müəssisələrinə qəbul olub. Ali təhsil müəssisələrinə qəbul olan məzunların 83 nəfəri 500-600 bal arası, 23 nəfəri isə 600 baldan yuxarı nəticə göstərib.

Tədbirin gedişində Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə Respublikanın əməkdar artisti Fehruz Səxavətin və Ağdam Musiqi Kollecinin müəllimlərinin ifasında rəngarəng musiqi nömrələri iştirakçılara təqdim edilib.

Tədbirin sonunda bir qrup müəllim və 500-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olmuş abituriyentlər RİH başçısı Vaqif Həsənov tərəfindən mükafatlandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
2
qafqazinfo.az

3Mənbələr