AZ

10 ildən sonra evlənirlər: Məşhur model iş adamına hə dedi (FOTO)

ain.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Uzun illərdir birlikdə olan isveçli model Elsa Hosk və ingilis iş adamı Tom Deyli nişanlanıb. 

Qaynarinfo xəbər verir ki, cütlük yeni aldıqları evlərində təşkil etdikləri mərasimdə bu xüsusi anları sosial şəbəkə hesablarında paylaşıb.

10 illik eşqin nişan üzüyü

2000-ci illərin əvvəlindən podiumların ən parlaq simalarından olan Elsa Hosk, 10 illik sevgilisi Tom Deylinin evlilik təklifinə "hə” cavabı verib. Romantik an, çiçəklər və şamlarla bəzədilmiş salonda baş tutub.

Sosial şəbəkələrdə yayılan fotolardan sonra zinət əşyaları üzrə mütəxəssislər üzdəki brilyant daşın 10 karat olduğunu, bu seçimin də cütlüyün 10 illik münasibətinə simvolik işarə etdiyini bildiriblər. Təxminlərə görə, üzüyün dəyəri 1 milyon dollara yaxın ola bilər.

"Yeni evimizdə nişanlandıq"

Xüsusi həyatı barədə paylaşmağı sevməyən model, nişan fotoları ilə birlikdə sevgilisinə belə müraciət edib:

"İsveçdən gətirilən çöl çiçəkləri arasında, tanış olduğumuz şəhərdəki yeni evimizdə sənə "hə" dedim. 10 il sonra… sən və mən, əzizim!"

Artıq dörd yaşında bir qızları var

2020-ci ildə ana olmağa hazır olduğunu açıqlayan Hosk, fevral 2021-də qızları Tuulikini dünyaya gətirmişdi.

Cütlüyün tanışlığı barədə model belə danışır: "Bir məclisə dəvət olunmuşdum, təsadüfən yanına oturdum. Hər ikimiz başqaları ilə görüşürdük, amma məncə bu, ilk baxışdan eşq idi".

Təsadüf onları yenidən bir araya gətirdi

İllər sonra Tom Deyli Nyu-Yorka köçərək "District Vision” adlı qaçış eynəkləri və geyim brendini qurub, mağazasını da Hosk-un yaşadığı küçədə açdı. Bu təsadüf onları münasibətə doğru yönəlib.

Elsa Hosk sevgilisini belə təsvir edir: 

"Görüşdüyüm kişilərdən çox fərqli idi. Sahiblənici deyildi, yanında sadəcə gözəl bir qadın gəzdirmək istəyən zənginlərdən deyildi. Normal, rahat, çox xoşbəxt və gülməli bir insan idi".

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
qaynarinfo.az

1Mənbələr