AZ

Millimiz Belçikaya qalib gəldi

Çimərlik futbolu üzrə millimiz Avropa çempionatı – 2025-in (EBSL) final mərhələsində ilk oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, B Liqasının A qrupunda yer alan millimiz Belçika yığması ilə qarşılaşıb. İtaliyanın Viareccio şəhərində baş tutan görüş komandamızın 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Sabir Allahquliyev iki, Elçin Qasımov, Sahib Məmmədov və Ramil Əliyev hərəyə bir qol vurublar.

Qeyd edək ki, yığmamız qrupda növbəti oyununu sentyabrın 12-də Litva yığmasına qarşı keçirəcək.

Seçilən
17
18
football-plus.az

10Mənbələr