AZ

Sertifikasiya imtahanı müsahibəsinin günü açıqlandı

Bu barədə Ajans.az-a Təhsil İnstitutunun İnsan resusları Mərkəzindən məlumat verilib. Bildirilib ki, müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə məlumatları ilə tanış ola bilərlər:

"Müsahibə mərhələsi barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir. Xatırladaq ki, test imtahanlarında keçid balını toplayan şəxslərin əməkhaqqına 10%, 51 bal və daha yüksək nəticə əldə etmiş şəxslərin əməkhaqqına isə 35% əlavə veriləcək. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunacaq".

Seçilən
6
29
Ajans.az

10Mənbələr