AZ

Rusiyanın hücumlarından qarşı müdafiə məqsədilə ölkəni bataqlığa çevirmək yetərsiz seçimdir

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa İttifaqının Rusiya ilə qonşu olan ölkələri Moskvanın hücumlarına qarşı “Torf əraziləri”ndən, bataqlıqlardan istifadəni artıq uzun müddətdir ki, müzakirə edirlər. Məqsəd, Rusiya tanklarından qorunmaq üçün sərhədləri boyunca qurumuş və ya qurudulmuş bataqlıq sahələrini canlandırmaqdan ibarətdir. Finlandiyanın Müdafiə Nazirliyi və Ətraf Mühit Nazirliyi bu məqsədlə pilot layihələrin həyata keçirilməsi üçün artıq danışıqlara başlayıb. Polşa Müdafiə Nazirliyi də Rusiya ilə şərq sərhədi boyunca bataqlıq əraziləri bərpa etmək niyyətini açıqlayıb. Polşa müdafiə nazirinin müavini Sezari Tomçik bu layihə barədə danışarkən deyib ki, “Təbiət bizim müttəfiqimizdir və biz ondan istifadə etmək istəyirik”. İlkin hesablamalara görə 100.000 hektar qurumuş ərazini bataqlıq ərazisinə çevirmək üçün 500 milyon avro vəsait tələb olunur və bu vəsaitin ayrılması üçün çağırışlar da edilir.

Politoloq Yusif Bağırzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu fəaliyyətin həyata keçirilməsi təbii olaraq tankların və quru qoşunlarının irəliləməsini ləngitməklə müdafiəni gücləndirməyə imkan verə bilər.

“Məsələ burasındadır ki, Rusiya hücum etmək istəsə, bunu əsasən pilotsuz təyyarələr və ya raketlər vasitəsilə edəcək. Yəni bu mənada bataqlıqların bərpası yüz faizlik müdafiə demək deyil.

Müdafiə olunmaq üçün hava hücumundan müdaifə sistemlərinə və təcavüzə cavab vermək üçün uzaqmənzilli raketlərə ehtiyac var. Məsələn; ötən gün Rusiyanın pilotsuz uçuş aparatlarının Ukrayna hücumlarında Polşa ərazisini keçməsinə şahidlik etdik. 10-a yaxın pilotsuz uçuş aparatından 3-ü Polşa səmasında vuruldu”-deyən politoloq vurğulayıb ki, xüsusilə Baltikyanı ölkələrdə hava hücumundan müdafiə sistemi yoxdur.

“Piyada və tankaların hücumlarına qarşı tədbirlərin görülməsi azdır. Rusiyanın ehtimal edilən təcavüzünə qarşı havada da, dənizdə də müvafiq müdafiənin gücləndirilməsi lazımdır”-deyə Yusif Bağırzadə qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
bizimyol.info

1Mənbələr