AZ

Türkiyə Mərkəzi Bankından növbəti faiz endirimi

Türkiyə Mərkəzi Bankı əsas faiz dərəcəsini 43%-dən 40,5%-ə endirməyə qərar verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

İyul ayının sonunda faiz dərəcəsi 46%-dan 43%-ə endirilmişdi. 11 sentyabrda isə Türkiyə tənzimləyicisi bir günlük kreditlər üzrə faiz dərəcəsini 46%-dan 43,5%-ə, bir günlük borclanma faizini isə 41,5%-dən 39%-a endirib.

Bank bildirib ki, avqust ayında ölkədə əsas inflyasiya tempi zəifləyib.

“Son məlumatlar göstərir ki, tələb şəraiti hələ də dezinflyasion xarakter daşıyır. Qida məhsulları və yüksək davamlı xidmətlərin qiymətləri inflyasiyaya təzyiq göstərməyə davam edir. İnflyasiya gözləntiləri, qiymətlərin dinamikası və qlobal konyuktura dezinflyasiya prosesinə risklər yaradır”, – deyə tənzimləyici açıqlayıb.

Seçilən
13
nocomment.az

1Mənbələr