ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
“Son oyundakı kimi Fransaya qarşı da hər birimiz meydanda xarakter göstərsək, düşünürəm ki, yaxşı nəticə qazanarıq”.
İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, bu sözləri millinin hücumçusu Rüstəm Əhmədzadə deyib.
O, Ukrayna ilə son seçmə görüşdə əldə olunan 1:1 hesablı heç-heçəni qənaətbəxş nəticə kimi qiymətləndirib:
“Yeni baş məşqçinin hazırlığı ilə oyuna çıxdıq. Vaxtımız çox az idi. Buna baxmayaraq, qələbə üçün mübarizə aparırdıq. Sonda bir xalla kifayətləndik, bu da bizi sevindirir”.
Ayxan Abbasov tərəfindən yığmanın heyətinə cəlb olunan futbolçu bu görüşün onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:
“Sözün düzü, bu çağırış mənim üçün gözlənilməz oldu. Klubda iki gün fasilə verilmişdi, demək olar ki, dincəlirdim. Sonra millinin heyətinə dəvət aldım. Xüsusilə, oyun yaxşı alındı. Şadam ki, məni yığmaya dəvət etməklə yanaşı, oynamaq imkanı da verdilər. Oyun çox vacib idi və 1 xal qazandığımız üçün çox xoşbəxtəm”.
İdman.biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.