Trump sağçı fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq medalı ilə təltif edəcək.
İnterpress.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Məlumata görə, Donald Tramp sağçı fəal Çarli Kirki ABŞ-nin ən yüksək mülki mükafatlarından biri olan Prezidentin Azadlıq Medalı ilə ölümündən sonra təltif edəcək.
Bu medal ABŞ-nin təhlükəsizliyi, milli maraqların qorunması, sülhün dəstəklənməsi, eləcə də ictimai və mədəni həyata verdiyi töhfələrə görə təqdim olunur.
Xuraman Etibarlı
İnterpress.az