“Zəngəzur dəhlizi” əvəzinə “Zəngəzur nəqliyyat qovşağı” adından istifadə etməliyik.
Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan deyib.
Keçmiş prezident yerli KİV-ə müsahibəsində Zəngəzur dəhlizi məsələsinin həllini necə təsəvvür etdiyi soruşulduqda belə cavab verib:
“Zəngəzur dəhlizi” ifadəsindən istifadə etməkdən çəkinərdim, çünki bu, cəmiyyətimizin fəal təbəqəsində narazılıq doğurur. Ona görə hesab edirəm ki, onu “Zəngəzur nəqliyyat qovşağı” ifadəsi ilə əvəzləmək daha düzgün olardı”.