Bakı. Trend:
Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusinümayəndə səfir Serdar Kılıç İğdıra yollanıb.
Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, jurnalistlərəaçıqlama verən səfir Kılıç Ermənistan tərəfi ilə təmasların davametdiyini vurğulayıb:
“Bu araşdırmaları nəzərdən keçirəcək və əvvəlki işləridəyərləndirəcəyik. Gələcəkdə iki ölkə, xüsusilə də bölgəniniqtisadi həyatı üçün nələrin edilə biləcəyini müzakirəedəcəyik”.
Bundan başqa, səfir Zəngəzur dəhlizinin əhəmiyyətinə dətoxunaraq qeyd edib ki, bu rabitə xətti yalnız Ermənistan vəTürkiyə üçün deyil, eyni zamanda Orta Asiya və türk respublikalarıilə əlaqə baxımından da mühüm əhəmiyyət daşıyır:
“Prezidentimizin göstərişləri ilə bu xəttin qısa zamandaaçılmasını və ilk növbədə İğdır və Qars bölgələrininiqtisadiyyatına töhfə verməsini istəyirik”.
O, həmçinin Ermənistan tərəfinin də bu məsələlərə müsbətyanaşdığını deyib:
“Bu gün “sərhədi açmağa hazırıq” şəklində bəyanat verdilər.Təbii ki, bu hər kəsin xeyrinədir. Bəzi texniki işlərə ehtiyac var,amma niyyətləri ilə bağlı problem görmürük”.
Qeyd edək ki, görüşdən sonra Serdar Kılıç və onu müşayiət edənnümayəndə heyəti “Alican” Sərhəd Qapısından keçərək Ermənistanayollanıb. Onun İrəvanda bir sıra görüşlər keçirəcəyibildirilib.