AZ

Şəhərdə 252 km/saat sürətlə gedən sürücü cəzasız qaldı – SƏBƏB - FOTO

Bu hadisə Almaniyanın kiçik Şilt şəhərində baş verib.

Avtosfer.az xəbər verir ki, şəhərdə quraşdırılmış radar saatda 252 kilometr sürətlə gedən avtomobili qeydə alıb. Halbuki, ərazidə icazə verilən maksimal sürət həddi saatda 50 kilometrdir. Bir sözlə, sürət həddi 200 kilometrdən çox aşılıb.

Almaniya qanunvericiliyinə görə yaşayış məntəqəsi daxildə sürət həddinin bu cür aşılmasına görə 800 avro cərimə, 2 bal və sürücülük hüququnun 3 ay məhdudlaşdırılması nəzərdə tutulur. Hadisə bir və ya bir neçə sürücünün iştirakı ilə “küçə yarışı” kimi tövsif ediləcəyi təqdirdə isə sürücünü psixiatriya xəstəxanası gözləyir.

Lakin, sürücü məsuliyyətdən yaxa qurtara bilib. Məsələ burasındadır ki, bu radar lövhələri sürücüləri məlumatlandırmaq üçündür. Onlar nəqliyyat vasitəsinin şəklini çəkmədiyi üçün qayda pozanları da tapıb məsuliyyətə cəlb etmək mümkün olmur. 

Qeyd edək ki, Şilt şəhəri Almaniyanın Şimal dənizindəki eyniadlı adasında yerləşir. Əhalisi təxminən 14 min nəfərdir.

Vüqar

FOTO QALEREYA
Seçilən
3
avtosfer.az

1Mənbələr