AZ

Avropa çempionatı: Azərbaycan millisi Belçikaya qalib gəlib

Azərbaycanın çimərlik futbolu millisi Avropa çempionatı – 2025-in (EBSL) final mərhələsində uğurlu start götürüb.

90deqiqe.Az-ın məlumatına görə, B Liqasının A qrupunda çıxış edən yığmamız ilk oyunda Belçika ilə üz-üzə gəlib. İtaliyanın Viareccio şəhərində keçirilən qarşılaşma millimizin 5:4 hesablı qələbəsi ilə nəticələnib.

Azərbaycan komandasının heyətində Sabir Allahquliyev dubl edib. Elçin Qasımov, Sahib Məmmədov və Ramil Əliyev isə hərəyə bir dəfə fərqləniblər.

Qeyd edək ki, millimiz qrupdakı növbəti görüşünü sentyabrın 12-də Litva yığmasına qarşı keçirəcək.

Seçilən
67
90deqiqe.az

1Mənbələr