BAKI, 11 sentyabr. TELEQRAF
“Qarabağ” futbolçusu Aleksey İsayevlə yollarını ayırıb.
Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi “Sabah”a keçib.
2024-cü ilin yanvarından “Qarabağ”da çıxış edən İsayev komanda ilə iki dəfə Azərbaycan çempionu, bir dəfə ölkə kubokunun qalibi olub.