"Qarabağ" klubunda gözlənilməz ayrılıq yaşanıb. 

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi Aleksey İsayevlə vidalaşıb. 29 yaşlı futbolçu karyerasını "Sabah"da davam etdirəcək. "Qarabağ" A.İsayevin transferi məsələsində Premyer Liqa təmsilçisi ilə razılığa gəlib.

 Qeyd edək ki, 2024-cü ilin yanvarından “Qarabağ”da çıxış edən Aleksey "kəhər atlar"la iki dəfə Azərbaycan çempionu, bir dəfə ölkə kubokunun qalibi olub.