AZ

Azərbaycanlı biznesmen Tufan Sadıqovun futbolla bağlı istənilən fəaliyyətinə qadağa qoyula bilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanlı biznesmen Tufan Sadıqovun futbolla bağlı istənilən fəaliyyətinə qadağa qoyulması üçün FIFA-ya müraciət ediləcək.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının (RFS) baş katibi Maksim Mitrofanov açıqlama verib.
Mitrofanov hazırda öz müraciəti əsasında Nizam-İntizam Komitəsində (NİK) klub rəhbərliyinin məsuliyyətə cəlb olunmasına dair iş açıldığını bildirib.
"Bu işlə bağlı ayrıca element kimi cənab Sadıqova qarşı məsələyə də baxılacaq. NİK futbolla bağlı istənilən fəaliyyətə ömürlük qadağa qərarı çıxarsa, mən mütləq FIFA-ya müraciət edəcəyəm və bu qərarın bütün dünya futboluna şamil olunmasını istəyəcəyəm".
Sadıqovun sərmayəçisi olduğu "Ximki" klubu ötən mövsüm Rusiya Premyer Liqasında 12-ci yeri tutsa da, 2025/2026 mövsümündə elitada iştirak lisenziyası ala bilməyib. "Qırmızı-qaralar"ın qərardan verdiyi apellyasiya da rədd edilib. Bundan sonra "Ximki" fəaliyyətini dayandırıb. Klubun oyunçulara əməkhaqqı borcunun olduğu bildirilir.
Hazırda azərbaycanlı iş adamının Türkiyənin I Liqasında çıxış edən "Serikspor" klubunun sərmayəçisi olduğu bildirilir.
Seçilən
7
3
oxu.az

4Mənbələr