AZ

Putinin kiçik “NATO”su Qırğızıstana ordu göndərir

Sentyabrın 17-dən 20-dək Qırğızıstanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ( KTMT ) komanda-qərargah təlimləri keçiriləcək.

Publika.az xəbər verir ki, bu barədə TASS respublikanın Baş Qərargahına istinadla məlumat yayıb.

“2025-ci il sentyabrın 17-dən 20-dək Qırğızıstan Müdafiə Nazirliyinin təlim mərkəzinin ərazisində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının komanda-qərargah təlimi keçiriləcək”, - məlumatda deyilir.

Təlimlərdə Qırğızıstanın özü, o cümlədən Rusiya Federasiyası, Qazaxıstan və Tacikistanın hərbçiləri iştirak edəcək. Bundan əlavə, Birləşmiş Qərargahın və təşkilatın katibliyinin əməliyyat qrupları gələcək.

Seçilən
0
13
publika.az

10Mənbələr