AZ

ABŞ Rusiyanın sərhədinə bomba atdı

ABŞ-ın strateji B-2 bombardmançısı 3 sentyabrda Norveçin şimalında, Rusiyanın Arktikadakı sərhədindən cəmi bir neçə yüz kilometr məsafədə yüksək dəqiqlikli bomba sınaqları həyata keçirib.

News24.az xəbər verir ki Bu barədə Newsweek məlumat yayıb.

Məlumata görə, təyyarə Norveç dənizi üzərində, Annoy adası yaxınlığında iki növ idarə olunan bomba (500 funtluq GBU-38 və 2000 funtluq GBU-31)  buraxıb. Sınaqlarda ABŞ Hərbi Hava Qüvvələrinin yeni QUICKSINK sistemi istifadə olunub. Bu sistem dənizdəki hədəfləri torpedo effekti ilə, lakin daha sürətli və daha geniş ərazidə məhv etməyə imkan verir.

Sınaqlara Norveçin dörd F-35 qırıcı təyyarəsi və P-8 patrul təyyarəsi də cəlb olunub. Hətta sınaq zamanı çəkilmiş və sosial şəbəkələrdə yayımlanmış görüntüdə bombanın hədəfi vurma anı əks olunub.

Təlimlər ABŞ və NATO-nun Barens dənizində apardığı hərbi-dəniz əməliyyatları ilə paralel keçirilib. "Newsweek" yazır ki, Rusiya hərbçiləri həmin əməliyyatları yaxından izləyib.

Seçilən
19
4
news24.az

5Mənbələr