Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç Ermənistana gedir.
Aznews.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndə, səfir Sərdar Kılıç Iğdırda jurnalistlərə açıqlamasında Zəngəzur dəhlizinin əhəmiyyətinə diqqət çəkib.
Kılıç bildirib ki, Ermənistandakı xüsusi nümayəndə ilə bir sıra işlər aparılır və gələcəkdə iki ölkənin, xüsusilə bu bölgənin iqtisadi həyatına töhfə verilməsi planlaşdırılır:
“Bu kommunikasiya xətti yalnız Türkiyə ilə Ermənistan arasında deyil, bütün Mərkəzi Asiya və Türk respublikalarına açılım baxımından mühümdür. Qısa müddətdə bu xətti açaraq Iğdır və Qarsın iqtisadiyyatına töhfə vermək arzumuzdur”.