ain.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Polşa hökuməti yaxın günlərdə Rusiya və Belarusla sərhədə 40 minə yaxın hərbçi göndərmək qərarına gəlib.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Sezari Tomçik bildirib.
O qeyd edib ki, bu addım “Qərb-2025” Rusiya-Belarus hərbi təlimlərinin başlamasına adekvat cavab olacaq.
“Ukraynada müharibə məhz belə, hərbi təlimlərlə başlamışdı. Ona görə də Polşa hərbçiləri buna hazırlaşır. Yaxın günlərdə sərhəddə 40 minə yaxın hərbçimiz olacaq”, – Tomçik deyib.
Xatırladaq ki, “Qərb-2025” təlimləri sentyabrın 12-16-da Belarusda keçiriləcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.