Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.
Son zamanlar məcburi köçkünlərin azad olunan torpaqlara qayıtmaması barədə iddialar çoxalıb.
Qeyd edək ki, bu barədə müzakirələr 30 ili başqasının evində yaşayandan sonra öz torpağına gedərkən qaldığı evi yararsız halan salan bir Ağdam köçkünü ilə bağlı olayın ictimailəşməsindən sonra başlayıb.
Bu görüntülərin ictimailəşdirilməsindən sonra məcburi köçkünlərə qarşı kampaniya başlayıb.
Gununsesi.info bildirir ki, əslən Cəbrayıldan olan jurnalist Seymur Verdizadə mövzu ətrafında fikirlərini yazıb.
“Qaçqının biri də mən! Nə vaxt kiminsə toyuğuna daş atmışam? Nə vaxt bir qarışqanı ayaqlamışam?
Bizim kənddə təxminən 300 ev tikiləcək. Bu günə kimi 600-dən çox ailə qayıtmaq uçun müraciət edib…
Bir il əvvəl TV Müsavat-ın efirinə çıxıb bəyan etdim ki, Bakıdakı karyeramdan imtina edib Cəbrayıla qayıtmağa, orada daş qaldırmağa, gözətçi işləməyə hazıram. Dedilər ki, köçürulmə dövlət proqramı əsasında həyata keçirilir, səbrli ol…
Demirəm danışmayaq. Deyirəm ki, əlimizi vicdanimizın üstünə qoyub danışaq, obyektivlik hissimizi itirməyək. Ən əsası isə milli birliyimizə, həmrəyliyimizə xələl gətirən müzakirələrdən uzaq olaq, bir-birimizi incitməyək, düsmən dəyirmanına su tökməyək…”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.