AZ

Polşa Belarusla sərhədə 40 minə yaxın hərbçi yeridir, sərhəd bloklanır: NATO buna cavabsız qala bilməz

ain.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

"Rusiya və Belarusun birgə kçeirdiyi "Zapad-2025" hərbi təliminə cavab olaraq Polşa şərq sərhədinə təxminən 40 min hərbçi yeridəcək".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Polşa müdafiə nazirinin müavini Sezari Tomçik açıqlayıb.

Nazir müavini deyib ki, hər iki ölkənin 30 kminə yaxın hərbi qüvvə ilə sərhədləri ətrafında birgə hərbi təlimə başlaması birbaşa təhdiddir: "Polşa və NATO "Zapad-2025"ə lazımi cavab verməlidir. Unutmayaq, Ukraynada da müharibə belə təlimlərlə başladı. Bu səbəbdən Polşa ordusu hücuma cavaba hazırlaşır. Yaxın günlərdə sərhəddə təxminən 40 min əsgərimiz olacaq"

Tomçik iddia edib ki, bir neçə gün əvvəl Rusiya PUA-laırnın Polşa hava məkanına soxulması da "Zapad-2025" təliminin tərkib hissəsidir: "Biz bu təlimlə əlaqdar olaraq, bu gecə yarısından etibarən dəmir yolu keçidləri də daxil olmaqla, Belarusla sərhədi tamamilə bloklayacağıq".

Xatırladaq ki, real döyüş atışlı birgə strateji hərbi təlim sabah başlayacaq və sentyabrın 16-dək davam edəcək.

Lamiyə

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
16
mia.az

10Mənbələr