AZ

ABŞ Ermənistana 145 milyon dollar maliyyə yardımı ayıracaq

Olke.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Bürosunun rəhbəri Brendon Henrehenin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanla görüşüb.

"Ölkə.az" xəbər verir ki, görüş zamanı Brendon Henrehen bildirib ki, ABŞ Konqresi ilə əməkdaşlıq çərçivəsində Ermənistana 145 milyon ABŞ dolları məbləğində maliyyə yardımı ayırmaq qərara alınıb.

Bu vəsait “Tramp yolu – beynəlxalq sülh və rifah naminə” layihəsinin və 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmaların icrasına yönəldiləcək.

Mher Qriqoryan ABŞ-la ikitərəfli münasibətlərin dərinləşməsinin vacibliyini vurğulayıb və Vaşinqtonda əldə edilmiş razılaşmaların icrasının bölgədə sabitlik və inkişaf üçün yeni imkanlar yaradacağını qeyd edib.

Tərəflər gələcək əməkdaşlıq imkanlarını da müzakirə edərək, ABŞ-Ermənistan strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsinə sadiq qaldıqlarını bildiriblər.(operativmedia)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
3
olke.az

4Mənbələr