Türkiyədə qeyri-adi plastik əməliyyat – boyun qısaldılması proseduru sürətlə yayılmağa başlayıb.
Bizim.Media xəbər verir ki, bu əməliyyata əsasən yüksək boylu qadınlar müraciət edir, çünki onlar hesab edirlər ki, daha kiçik boy onlara partnyor tapmaqda kömək edə bilər.
Metod kifayət qədər radikaldır: həkimlər bud və ya baldır sümüyünü kəsir, onun bir hissəsini çıxarır və qalan hissəni metal çubuqla gövdəyə bərkidirlər.
Bu yolla boy təxminən 3–5,5 santimetr azaldıla bilər. Məsələn, bir xəstənin boyu 172 sm-dən 167 sm-ə endirilib.
2023-cü ildən etibarən yalnız İstanbuldakı bir klinikada ondan az olmayaraq əməliyyat həyata keçirilib. Lakin bu prosedur olduqca populyarlıq qazansa da qadınlar daha çox liposaksiya, rinoplastika və ya döş korreksiyası kimi tanınmış əməliyyatlara üstünlük verirlər.
Həmçinin, əməliyyatın mümkün fəsadları və ya şəxsi həyatına nə dərəcədə təsir etdiyi barədə hələ məlumat yoxdur.
Bizim.Media