ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.
Parisdə uzun illərdir itmiş sayılan Piter Paul Rubensin “Xaç üzərində İsa” adlı rəsm əsəri tapılıb.
Sherg.az Nexta-ya istinadən xəbər verir ki, hərracçı Jan-Pyer Osen əsəri şəxsi malikanədə inventarlaşdırma zamanı aşkar edib. Rəsm əsəri noyabrın 30-da Fontenblo şəhərində hərraca çıxarılacaq.
1614-cü ildə xüsusi sifarişlə çəkilmiş bu əsər sonradan məşhur rəssam Uilyam Buqero və malikanənin sahiblərinə məxsus olub. Mütəxəssislərin sözlərinə görə, rəsmin vəziyyəti əladır.
Osen bildirib ki, tablo Rubensin istedadının zirvəsində olduğu dövrə aiddir və erkən barokko üslubunun nümunəsidir. Əsərdə qaranlıq səma fonunda parlaq işıq saçan, tək qalmış İsa və hüzünlü, eyni zamanda işıqlı Qüds təsvir olunub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.