AZ

Bu ölkənin birinci vitse prezidenti dövlətə xəyanətdə ittiham olunur

ain.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Cənubi Sudan prokurorluğu ölkənin birinci vitse-prezidenti və hazırda ev dustaqlığında olan Sudan Xalq Azadlıq Hərəkatının (SPLM-O) lideri Riek Maşara qarşı ittiham irəli sürüb.

"Unikal" xəbər verir ki, bu barədə “Reuters” ölkənin Ədliyyə Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.

Maşar bu ilin yazında ölkənin şimalında müxalifət qruplarının hökumət qoşunlarına hücumu ilə bağlı vətənə xəyanətdə, qətldə iştirakda və insanlığa qarşı cinayətlərdə ittiham olunur.

Maşardan başqa, keçmiş neft naziri də daxil olmaqla, daha 7 nəfərə qarşı oxşar ittihamlar irəli sürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
4
unikal.az

5Mənbələr