AZ

2027-ci ildə ÇL-in finalı Madriddə oynanılacaq

Futbol üzrə UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün final oyunu İspaniyanın “Atletiko” komandasının stadionu “Metropolitano”da keçiriləcək.
 
Moderator.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
 
“Metropolitano” stadionu ikinci dəfə Çempionlar Liqasının finalına ev sahibliyi edəcək.
 
Qərar UEFA İcraiyyə Komitəsinin Tiranada keçirilən iclasında qəbul edilib. İclasda həmçinin 2026-cı ildə UEFA Superkubokunun Zalsburqda keçirilməsinə qərar verilib.
 
Qadınlar arasında Çempionlar Liqasının 2027-ci il finalı Varşavadakı Milli Stadionunda keçiriləcək.
 
2027-ci ildə 19 yaşadək futbolçular arasında futzal üzrə Avropa çempionatı Astanada baş tutacaq.
 
Seçilən
7
2
moderator.az

7Mənbələr