ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Ermənistana 145 milyon dollarlıq maliyyə dəstəyi ayıracaq.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun direktoru Brenden Xanrahan məlumat verib.
Vəsait “Tramp Marşrutu” (Zəngəzur dəhlizi) layihəsi çərçivəsində ilk investisiyadır.
Bildirilir ki, Xanrahan Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanla görüşündə regiondakı vəziyyəti, kommunikasiyaların açılması imkanlarını və layihənin əhəmiyyətini müzakirə edib.
ABŞ rəsmisi qeyd edib ki, ayrılan vəsait ticarətə investisiya, infrastrukturun inkişafı, strateji əhəmiyyətli mineralların təchizat zəncirlərinin gücləndirilməsi və sərhəd təhlükəsizliyinin təmininə yönəldiləcək.
Xatırladaq ki, “Tramp Marşrutu” ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə 8 avqustda imzalanmış sazişlərin icrasını dəstəkləyən proqramlardan biridir və Cənubi Qafqazda iqtisadi əməkdaşlıq, nəqliyyat və enerji layihələrinin genişləndirilməsini hədəfləyir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.