AZ

"Atletik" onu qeydiyyatdan keçirə biləcək

“Atletik” müdafiəçi Emerik Laportun qeydiyyatı ilə bağlı FIFA-dan icazə aldıqlarını açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl futbolçunun yetirməsi olduğu Bilbao klubuna qayıdışı “Əl-Nəsr”in sənədləri vaxtında göndərməməsi səbəbindən baş tutmamışdı.

İspaniya təmsilçisinin açıqlamasında deyilir:
 

“FIFA futbolçu üçün beynəlxalq transfer sertifikatının (CTI) alınmasına icazə verir. FIFA İspaniya Futbol Federasiyasına (RFEF) Səudiyyə Ərəbistanı Futbol Federasiyasından beynəlxalq transfer sertifikatını almaq səlahiyyəti verib. Sertifikat təqdim olunduqdan sonra “Atletik” Emerik Laportu qeydiyyata ala biləcək”.


Qeyd edək ki, Laport “Atletik”i 2018-ci ilin yanvarında tərk edərək 65 milyon avroya “Mançester Siti”yə keçmişdi. İki il əvvəl isə o, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna transfer olunmuşdu.

Bizim.Media

Seçilən
5
2
bizim.media

3Mənbələr