AZ

Millimizin Ukraynanı büdrətməsindən sonra KÜTLƏVİ TƏLƏB!

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində ilk xalını qazandı.

Doğma meydanda Ukrayna kimi nəhəngi qəbul edən yığmamız qollu bərabərliklə (1:1) meydandan ayrılmağı bacardı.

Müvəqqəti baş məşqçi Ayxan Abbasovun komandasının xüsusilə meydandakı mübarizəsi futbol ictimaiyyəti tərəfindən müsbət qarşılandı.

Bunu sosial şəbəkələrdə yazılan şərhlərdən görmək mümkündür:

"Siz kişi kimi belə oynayın, məğlub olsanız da stadion dolacaq. 15-20 il əvvəl yığma uduzurdu, amma stadion dolu olurdu. Çünki futbol oynayırdılar".

"Ayxan Abbasov oyunçulardan çox enerji sərf elədi. Heç bir əcnəbi məşqçi 90 dəqiqə onun kimi kənardan can yandırmaz".

"Çoxdan görmək istədiyimiz milli! Əhsən, Ayxan Abbasov. Əhsən, milli komanda!".

"Ayxan qalmalıdır. Hər kəsə halal olsun".

"Belə əzmkarlıq olsaydı, İslandiya ilə görüşdə də heç-heçə olardı".

"Elə Ayxan Abbasov baş məşqçi qalsın".

"Sağ ol, Ayxan müəllim. Sən böyük məşqçisən".

"Yerli məşqçilərlə nəticə əldə etmək olar".

"Biz həmişə deyirdik ki, yerli məşqçi olsun".

"Ayxan Abbasova ümid var".

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
9
sportinfo.az

1Mənbələr