AZ

Sel yağıb, dolu düşüb

Sentyabrın 11-i saat 20:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən məlumata görə, Oğuz, Balakən, Xaçmaz, Qax, Xınalıq, Quba, Qusar, Qrız, Mingəçevir, Zaqatala, Tovuz, Ceyrançöl, Göygöl, Şahdağ, Şirvan, Beyləqan, Goranboy, Gədəbəy, Qazax, Ağstafa, Naftalan, Bərdə, Tərtər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı və Kəlbəcərdə arabir leysan xarakterli yağış yağır, şimşək çaxır.
Yağan leysan xarakterli intensiv yağışlar nəticəsində Kəlbəcər rayonu ərazisindən keçən Tərtərçay və Söyüdlüçaydan sel keçib.
Saat 16:03-16:05 radələrində Oğuz rayonunun Başdaşağıl kəndinə diametri 10-12 mm, saat 17:05-17:10 radələrində Naxçıvana diametri 0,5 mm, saat 16:40 radələrində isə Kəlbəcər rayonunun İstisu, İstibulaq, Qoçdaş, Moz, Başlıbel kəndlərinə diametri 10-15 mm olan dolu düşüb.
Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Mingəçevirdə 23, Bakıda və Abşeron yarımadasında 21, Goranboyda 19, Bərdə, Ağdam, Şirvan, Naftalan və Tərtərdə 18, Culfada 17, Gəncə, Şəmkirdə 16 m/s-dək güclənib.
Seçilən
5
heftelik.az

1Mənbələr