AZ

“İndiki şəraitdə “Avroviziya”da iştirak etməyimiz əxlaqsızlıq olardı”

İrlandiyanın ictimai yayım şirkəti RTE İsrailin gələn il keçiriləcək “Avroviziya” mahnı müsabiqəsində iştirak edəcəyi təqdirdə, ölkənin yarışa qatılmayacağını bəyan edib.

Bu barədə qurumun açıqlamasında bildirilib.

“RTE-nin mövqeyi ondan ibarətdir ki, İsrail iştirak edəcəksə, İrlandiya 2026-cı il Avroviziya mahnı müsabiqəsində iştirak etməyəcək”, – deyə məlumatda qeyd olunub.

İctimai yayım  şirkəti sözügedən qərarını Qəzzada davam edən insan itkisini əsas gətirərək aldığını vurğulayıb. Verilən məlumatda belə bir şəraitdə müsabiqədə iştirak etməyin “əxlaqsızlıq” olacağı da qeyd olunub.

Xatırladaq ki, İrlandiya bu vaxta qədər “Avroviziya”da 7 dəfə qalib gəlib və bu, rekord göstəricidir.

Bundan başqa, İsrailin yarışmadan kənarlaşdırılması ilə bağlı yekun qərar Avropa Yayım Birliyi (EBU) tərəfindən Baş Assambleyada veriləcək.

Qeyd edək ki, artıq bir sıra EBU üzvləri adıçəkilən məsələ ilə bağlı narahatlıqlarını ifadə ediblər.

“Cebheinfo.az”

Seçilən
4
3
cebheinfo.az

4Mənbələr