AZ

Türkiyənin paytaxtında zəlzələ olub

BAKI, TurkicWorld, Səməd Əyyubov

Türkiyənin Ankara vilayətində 3,5 bal gücündə zəlzələ qeydə alınıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, zəlzələ Ankara vilayətinin Kalecik rayonunda yerli vaxtla saat 20:28-də (Bakı vaxtı ilə saat 21:28-də) baş verib. Yeraltı təkanların ocağı 8,6 kilometr dərinlikdə yerləşib.

İnsan tələfatı və ya dağıntılar barədə məlumat yoxdur.

Seçilən
6
2
turkic.world

10Mənbələr