AZ

Tramp açıq şəkildə hədələdi: Bu etsəniz sizi ovlayıb, əzəcəyik!

Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp, 11 sentyabr terror hücumlarının 24-cü ildönümündə keçirilən anma mərasimində sərt bəyanatla çıxış edib. Tramp ABŞ-yə qarşı mümkün hücumlarla bağlı ölkələri açıq şəkildə hədələyib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Pentaqonda təşkil olunan mərasimdə danışan Tramp deyib:

"Əgər ABŞ-yə hücum etsəniz, sizi tapıb ovlayacağıq və heç bir mərhəmət göstərmədən əzəcəyik. Buna görə də Müdafiə Nazirliyinin adını Müharibə Nazirliyi etdik."

Prezident çıxışında həmçinin "11 sentyabr 2001-i əsla unutmayacağımıza dair müqəddəs andımızı yeniləyirik" sözləri ilə hücumlarda həlak olan insanları bir-bir yad etdiklərini vurğulayıb.

O, həmçinin ABŞ-ın artıq belə hücumlarla qarşılaşmayacaq qədər güclü olduğunu və öz administrasiyası dövründə bu sahədə mühüm addımlar atıldığını əlavə edib.

Trampın Müdafiə Nazirliyinin adını "Müharibə Nazirliyi" olaraq dəyişdirməsi ilə bağlı fərman imzalaması, Vaşinqtonun qlobal miqyaslı - hətta 3-cü Dünya Müharibəsinə hazırlıq görüb-görmədiyi suallarını gündəmə gətirib.

Lalə Qüdrətova

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
1
news.milli.az

2Mənbələr