AZ

“Vest Hem” – “Tottenhem” oyununda təhlükəsizlik tədbirləri gücləndirilib

Bu şənbə İngiltərə Premyer Liqasının London derbisi çərçivəsində “Vest Hem” doğma arenada “Tottenhem”i qəbul edəcək.

90deqiqe.Az-ın məlumatına görə, “Vest Hem” klubu oyuna qədər azarkeşlərə təhlükəsizlik tədbirlərini xatırladan açıqlama yayıb.

Məlumata görə, stadionda “ikili şarf”ların istifadəsi qadağan olunacaq. Bu tip şarflarda bir yarıda bir klubun, digər yarıda isə rəqib komandanın loqosu əks olunur. Klub bu yolla qonaq komandaya məxsus fanatların ev sektorlarına daxil olmasının qarşısını almağa çalışır.

“Vest Hem” azarkeşlərdən əlavə yoxlamalar zamanı səbirlə davranmağı xahiş edib. Qeyd olunur ki, turniketlərdə təhlükəsizlik yoxlamaları adi vaxtdan daha uzun çəkə bilər.

Seçilən
62
90deqiqe.az

1Mənbələr