Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatına görə, kommersiya xam neft ehtiyatları ötən həftə 3 milyon 900 min barel artaraq 424 milyon 600 min barelə yüksəlib.
Banco.azxəbər verir ki, bazar proqnozu isə ehtiyatların cəmi 1 milyon 250 min barel artacağı istiqamətində idi.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə 500 min barel artaraq 405 milyon 200 min barel səviyyəsinə çatıb.
Bu dövrdə ABŞ-ın benzin ehtiyatları da təxminən 1 milyon 500 min barel artaraq 220 milyon barel olaraq qeydə alınıb.
İstehsal rekord səviyyələrə yaxınlaşır
ABŞ-ın gündəlik xam neft hasilatı 30 avqust–5 sentyabr həftəsində 72 min barel artaraq 13 milyon 495 min barelə yüksəlib.
Digər tərəfdən, ölkənin xam neft idxalı ötən həftə əvvəlki həftə ilə müqayisədə gündəlik 471 min barel azalaraq 6 milyon 27 min barel, xam neft ixracı isə gündəlik 1 milyon 139 min barel azalaraq 2 milyon 745 min barel olub.
EIA-nın 2025-ci ilin sentyabr ayına dair Qısamüddətli Enerji Perskeptivləri Hesabatına əsasən, bu il ABŞ-ın gündəlik orta xam neft hasilatının 13 milyon 440 min barel olacağı gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!