AZ

Polşa hökuməti hərbi xərcləri kəskin şəkildə artırmaq qərarınagəlib

Polşa hökuməti hərbi xərcləri kəskin şəkildə artırmaq və onu ümumi daxili məhsulun (ÜDM) təxminən 5%-nə çatdırmaq istəyir.

Redaktor.az xəbər verir ki, bu haqda “RMF FM” radiostansiyası məlumat yayıb.

“Hakim koalisiyanın liderləri gələn il müdafiə xərclərini ÜDM-nin ən azı 4,7%-i və ya 190 milyard zlotiyə (təxminən 49,5 milyard dollar) çatdıracaq büdcə layihəsinin hazırlanması ilə bağlı razılığa gəliblər”, - məlumatda deyilir.

Məlumata görə, yeni müdafiə büdcəsinə, xüsusən də silah və hərbi texnikaya əlavə xərclər daxildir.

Cari il üçün Polşanın büdcəsində artıq ÜDM-nin 4,1%-i həcmində rekord məbləğdə müdafiə xərcləri nəzərdə tutulub.

Qeyd edək ki, hazırda yalnız beş NATO ölkəsi müdafiəyə ÜDM-nin 3%-dən çoxunu xərcləyir. Bunlar Polşa, Estoniya, ABŞ, Latviya və Yunanıstandır.

Seçilən
56
3
redaktor.az

4Mənbələr