AZ

Zelenski Kiyevdə ABŞ elçisi ilə görüşdü

ain.az, Unikal.az saytına istinadən bildirir.

Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə ABŞ-ın xüsusi elçisi Kit Kellogla görüşüb və söhbət zamanı amerikalı siyasətçi Çarli Kirkin həyatına edilən sui-qəsd ilə bağlı başsağlığı verib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna lideri özünün Telegram kanalında məlumat paylaşıb.

Bundan əlavə, Zelenski Kellog vasitəsilə ABŞ prezidenti Donald Trampa Şarlott şəhərində ukraynalı İrina Zarutskayaya qarşı hücuma verdiyi reaksiyaya görə təşəkkürünü bildirib.

Tərəflər, həmçinin, ikitərəfli əməkdaşlığı, pilotsuz uçuş aparatları və silahların birgə istehsalı üzrə razılaşmaları, Ukrayna münaqişəsinin dayandırılması məqsədilə Rusiya üzərinə “təzyiq” imkanlarını və Rusiya, Ukrayna və ABŞ liderlərinin üçtərəfli görüşünün perspektivlərini müzakirə ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
2
unikal.az

3Mənbələr