AZ

Bu tarixdə ehtiyatlı olun - Ölüm riski artacaq, naviqasiya sistemləri pozulacaq

Yeri müəmmalı maqnit qasırğası bürüdü. Alimlər Yer üzündə müəmmalı maqnit qasırğası qeydə alıblar.

Yeri növbəti maqnit qasırğası bürüyüb.

Onun səbəbləri alimlər üçün hələ də sirr olaraq qalır.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası laboratoriyası "Telegram" kanalında məlumat yayıb.

Məlumatda bildirilir ki, maqnit qasırğası 13 sentyabrda daha da güclü olacaq.

Qeyd edək ki, maqnit qasırğası xüsusilə həssas insanlarda müxtəlif narahatlıqlara səbəb ola bilər.

Sağlamlığa təsiri

Baş ağrısı, başgicəllənmə və təzyiqin qalxması

Ürək döyüntülərinin artması, ürək-damar problemlərinin kəskinləşməsi

Yuxusuzluq, yorğunluq və əsəbilik

Konsentrasiya çətinliyi və yaddaş zəifləməsi

Xroniki xəstəliklərin (xüsusən də sinir və ürək xəstəliklərinin) güclənməsi

Psixoloji təsirlər

Əhvalın enməsi, depressiv hallar

Səbəbsiz əsəbilik və gərginlik

Emosional dalğalanmalar

Texnologiyalara təsiri

Rabitə və peyk siqnallarında pozuntular

Elektrik şəbəkələrində nasazlıqlar

Naviqasiya sistemlərində səhvlər

Həkimlər məsləhət görür ki, maqnit qasırğası günlərində bol maye qəbul etmək, açıq havada gəzmək, yüngül qidalar yemək və fiziki, emosional gərginlikdən uzaq durmaq faydalıdır.

Seçilən
2
1
far.az

2Mənbələr