AZ

Vaaqn Xaçaturyan: Rusiya artıq Ermənistanı “kiçik qardaş” kimi qəbul etmir

Rusiya artıq Ermənistanı “kiçik qardaş” kimi qəbul etmir və ölkələr arasında tərəfdaşlıq münasibətləri qurulub.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan RTVI telekanalına müsahibəsində bildirib.

“İndi Rusiya ilə münasibətlər tamamilə fərqlidir – tərəfdaşlıq münasibətləri. Rusiyanın Ermənistana münasibəti böyük-kiçik qardaş münasibəti kimi deyil, sadəcə olaraq tərəfdaşlıqdır. Biz son 4 ildə əslində buna nail olmağa çalışmışıq”, – Xaçaturyan deyib.

Prezidentin sözlərinə görə, İrəvan “rusiyalı həmkarlarının Ermənistan hakimiyyətinin müstəqil qərarlarını nəzərə almasını” istəyir.

Seçilən
11
8
nocomment.az

9Mənbələr