AZ

Menendezin həyat yoldaşına da cəza verildi

ain.az bildirir, Modern.az saytına əsaslanaraq.

Nyu-York dairə məhkəməsi ABŞ Senatının xarici əlaqələr komitəsinin keçmiş sədri, ermənipərəst mövqeyi ilə tanınan Bob Menendezin həyat yoldaşı Nadin Menendezi 4,5 il müddətinə azadlıqdan məhrum edib.

Modern.az xəbər verir ki, "Bloomberg"in məlumatına görə, o, ərinin səlahiyyətlərindən istifadə etməsi üçün rüşvət kimi təqdim edilən pul və qızıl qəbul etməkdə təqsirli bilinib.

Apreldə Manhettendə federal münsiflər məhkəməsi Nadin Menendezi 15 maddə üzrə təqsirli hesab edib. Prokurorlar onun Misir rəsmiləri ilə görüşləri təşkil etdiyini, mesajlar çatdırdığını və rüşvət sxeminin əsas fiqurlarından biri olduğunu bildiriblər. İttihama görə, Nadin yüz minlərlə dollar nağd pul, qızıl külçələr və saxta “iş yerləri” qəbul edib.

Hakim hökmündə qeyd edib ki, Nadin “təqsirsiz müşahidəçi olmayıb” və prosesdə aktiv iştirak edib. Bununla belə, məhkəmə onun 922 min dollar dəyərində əmlakını müsadirə etsə də, sağlamlıq səbəblərinə görə cəzanın icrasını gələn ilin iyuluna qədər təxirə salıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
modern.az

2Mənbələr