ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun direktoru Brendan Henrehen Ermənistana səfər edib.
Bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, Henrehen sentyabrın 11 və 12-də Ermənistanda olacaq.
“Səfər Birləşmiş Ştatlar və Ermənistanın regionda sülh və sabitliyin təşviqinə dair birgə öhdəliklərini vurğulayır. Strateji tərəfdaşlığımızın əsaslarını inkişaf etdirərək, ikitərəfli əlaqələri gücləndirməyə və qarşılıqlı maraq kəsb edən əsas sahələrdə əməkdaşlıq imkanlarını araşdırmağa davam edirik”, – deyə səfirliyin açıqlamasında qeyd olunub.
"Cebheinfo.az"