“Qarabağ” futbolçusu Aleksey İsayevlə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ağdam təmsilçisi yarımmüdafiəçinin transferi məsələsində “Sabah”la razılığa gəlib.
Qeyd edək ki, 2024-cü ilin yanvarından “Qarabağ”da çıxış edən Aleksey komanda ilə iki dəfə Azərbaycan çempionu, bir dəfə ölkə kubokunun qalibi olub. \\Cebheinfo.az