AZ

Qazaxıstanda mikroavtobus qəza etdi - 10 ölü, yaralılar var

Qazaxıstanın Manqistau vilayətində mikroavtobus aşıb.

Bu barədə vilayət polis idarəsi məlumat yayıb.

“İlkin məlumatlara görə, “Toyota Hiace”nin sürücüsü idarəetməni itirib, nəticədə avtomobil yol kənarına aşıb”, - məlumatda deyilir.

Qəza nəticəsində on nəfər ölüb, sürücü və iki sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb.

"Cebheinfo.az" 

Seçilən
3
2
cebheinfo.az

3Mənbələr