AZ

Səidə Bəkirqızı işdən niyə çıxıb? – Jurnalistdən AÇIQLAMA

Xeyli müddətdir qaçqın və məcburi köçkünlərlə bağlı fikirləri ilə gündəmdə olan Mediatürk.TV-nin aparıcısı Səidə Bəkirqızı barədə xəbərlər yayılıb. Bildirilir ki, jurnalist məhz bu səbəbdən işdən çıxarılıb. 

KONKRET.az xəbər verir ki, Globalinfo.az məlumatı jurnalistin özü ilə dəqiqləşdirib.

Səidə Bəkirqızı Mediatürk.TV-dən ayrılması ilə bağlı xəbəri təsdiqləyib və hələ avqust ayında işdən çıxması ilə bağlı rəsmi ərizə yazdığını bildirib.

Məsələnin söylədiyi fikirlərlə əlaqəli olmadığını vurğulayan jurnalist artıq “Space” televiziya kanalında işə başladığını da qeyd edib.

Seçilən
7
4
konkret.az

5Mənbələr