AZ

QHT-lər hansı əsasla orden və medallar təsis edir?

Bir sıra QHT-lərin qanunla qadağan olunan fəaliyyətə yol verərək ayrı-ayrı şəxsləri saxta orden və medallarla təltif etməsi barədə informasiyalar yayılmaqdadır.

Bununla əlaqədar Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi birgə bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” 1992-ci il tarixli Qanuna 2010-cu ildə əlavə edilmiş 3-cü bəndə əsasən, orden və medal vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifidir. Həmin Qanundan başqa digər normativ-hüquqi aktlarda orden və medallar (o cümlədən “orden” və ya “medal” ifadəsindən hər hansı mənada istifadə edilməklə) təltif növü kimi təsis oluna bilməz.

Həmçinin bildirilir ki, bəzi QHT-lərin orden və medallar təsis etməsi ictimai etimadı sarsıdır, əhalinin aldadılmasına səbəb olur və ciddi hüquqi məsuliyyət yaradır.

XQ

Seçilən
1
49
xalqqazeti.az

10Mənbələr